Telekanal binası gülləbaran olundu - ŞOK HADİSƏ - VİDEO
    • 13-07-2019, 12:50
    • 941

Telekanal binası gülləbaran olundu - ŞOK HADİSƏ - VİDEO

Ukraynada telekanal binasına atəş açılıb. 

News24.az-ın Rusiya mətbuatına istinadla verdiyi xəbərə görə, hadisə bu gecə 03:40-da Deqtyarevskoy prospektində baş verib. Məlumata görə, telekanal hücum edənlər iki nəfər silahlı şəxs olub. Onlar daha sonra hadisə yerindən qaçıblar. Hadisə zamanı kimsə yaralanmayıb, yalnız binanın fasadı zədələnib.

Olay yerinə çağırış üzrə polis gəlib. Polis binanın fasadında hücumun izlərini təsdiqləyib və ərazini mühasirəyə alıb. Kiyev polisinin açıqlamasına görə, hadisə yerindən götürülən nümunələr ekspertizaya göndərilib.

Polisdən o da bildirilib ki, gülləbaranla bağlı cinayət işi açılıb. Ölkə polisi hadisə ilə bağlı dəlilləri Ukrayna Təhlükəsizlik Xidmətinə verəcək.