-
- Bu gün, 11:32
- 1 323
Qazaxıstan Fövqaladə Hallar Nazirliyi - Məlumat yaydı
Qazaxıstanın Fövqaladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi Bakı-Qroznı təyyarəsinin qəzaya düşdüyü hadisə yerinə gedib.
Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya düşüb.
News24.az xəbər verir ki, Qazaxıstanın fövqəladə hallar naziri birbaşa hadisə yerinə uçub. Nazirin qəzanın baş verdiyi yerdə axtarış-xilasetmə işlərinə şəxsən nəzarət etdiyi bildirilir.
Təcili tibbi yardım və xilasetmə briqadaları hadisə yerindədirlər.
Ağa Dadaşzadə