Azərbaycanın dövlət rəsmiləri Aktauda hadisə yerinə baxış keçiriblər
    • Dünən, 16:05
    • 136

Azərbaycanın dövlət rəsmiləri Aktauda hadisə yerinə baxış keçiriblər

Qazaxıstana ezam edilən Azərbaycanın dövlət rəsmiləri Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerə baxış keçiriblər.

News24.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisəni yerində araşdırmaq üçün rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.