-
- Bu gün, 07:45
- 286
"Səhər hər iki pilotla görüşüb danışıb-gülmüşdük" - AZAL rəsmisi
“İqor kapitanı uşaqlıqdan tanıyıram. Atamla bir yerdə Yak-40 təyyarəsində işləyirdi”.
News24.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin Uçuşların Təhlükəsizliyi İdarəsinin rəis müavini Fərhad Nəsirov deyib.
“Kalyaninov Aleksandr bizim Milli Aviasiya Akademiyasının məzunudur. Reysdən öncə səhər brifinq otağında hər iki pilotla görüşmüşdük. Əhval-ruhiyyələri yaxşı idi, danışıb-güldük. Əfsuslar olsun ki, belə bir faciə baş verib”, - deyə F.Nəsirov bildirib.