Qırmızı kürünü necə seçmək OLAR?
    • Bu gün, 10:02
    • 105

Qırmızı kürünü necə seçmək OLAR?

Bəzi yerlərdə qırmızı kürü Yeni il süfrəsinin ayrılmaz qidası kimi təqdim edilir. Kürü alarkən nələrə diqqət etməliyik?

News24.az mütəxəssis tövsiyəsini təqdim edir:

1. Etiketə baxdığınızdan əmin olun. Orada kürünün alındığı balığın adı, həmçinin soyudulmuş halda bağlanıb-bağlanmadığı və ya dondurulmuş xammal olduğu yazılmalıdır. İstehsal tarixini qeyd olunmalıdır, bundan  başqa, ov mövsümü vaxtı istehsal olunmayıbsa, böyük ölçüdə müəssisədə bəslənmiş balığın kürüsüdür.

2. Kürü təbii olduğundan əmin olmaq üçün bir test keçirin. Bir neçə kürü dənəsini qaynar suya salın. Təbii kürü dərhal ağaracaq və imitasiya sadəcə həll ediləcək.

3. Kürü duzludursa, bu, keçənilki ola bilər  və ya istehsalçı bəzi qüsurları gizlətmək üçün duzdan istifadə etməsi anlamına da gələ bilər.

Ağa Dadaşzadə