"Kim kimə böhtan və şər atırsa geci-tezi cəzasını alır" Ayseldən ultimatium
    • 14-07-2019, 00:26
    • 1 899

"Kim kimə böhtan və şər atırsa geci-tezi cəzasını alır" Ayseldən ultimatium

"Kimlərinsə qəlbini qırmamaq üçün bəzən ağ yalanlar danışırıq. Amma böhtan xarakterli yalanlar məni hər zaman incidib. Məni tanıyanlar da necə vicdanlı biri olduğumu, qarışqanı belə incitməkdən qorxduğumu yaxşı bilirlər. Cavab vermirəmsə, bu mənim cavabsız olduğumdan deyil, sadəcə ailəmin mənə öyrətdiyi kimi susmağa və səbr etməyə çalışdım. Böyük danışanda kiçik susar və cavab qaytarmaz. Amma kiçik olmağıma baxmayaraq, böyüklüyü mən edirəm".
News24.az xəbər verir ki, bu fikirləri müğənni Aysel Əlizadə öz Instagram səhifəsində paylaşıb.
Bildirib ki, kim böhtan atırsa, cavabını gec-tez alacaq: "Uşaqlıqdan qulağıma bunu sırğa etmişəm. Bunu bildiyim üçün hər zaman addım atanda kimlərinsə qəlbini qırmayım deyə çox fikir edirəm. Tanımadan, bilmədən mühakimə etməyək və qəlb qırmayaq".