Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məqam üzə çıxdı - 3 gün əvvəl Trabzonda

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məqam üzə çıxdı - 3 gün əvvəl Trabzonda Hadisə

Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” tipli təyyarə 3 gün əvvəl, yəni 22 dekabrda Bakı-Trabzon reysi ilə uçarkən Trabzon Hava Limanına enərkən uçuş-enmə zolağından kənara çıxıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, pilot ikinci cəhdində enişi uğurla başa vurub.

Qeyd edək ki, AZAL-ın təyyarəsi Qroznıda duman səbəbindən marşrutu dəyişdikdən sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyi 62 sərnişin və 5 ekipaj üzvü olan təyyarədə 32 nəfərin sağ qaldığını açıqlayıb.