Bakıya gətirilən yaralılar bu xəstəxanaya YERLƏŞDİRİLƏCƏK
    • 26-12-2024, 17:03
    • 781

Bakıya gətirilən yaralılar bu xəstəxanaya YERLƏŞDİRİLƏCƏK

Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Bakı-Qroznı təyyarəsində xəsarət alan və hazırda Bakıya gətirilən 14 yaralı Yeni Klinikaya yerləşdiriləcək. 

News24.az TNS-a istinadla bildirir ki, adıçəkilən tibb müəssisəsində yaralılar üçün palatalar ayrılıb, həkim briqadaları yaradılıb. 

Xatırladaq ki, yaralılar Aktau hava limanından xüsusi təyyarə reysi ilə Bakıya yola salınıb. Yaxın 2 saat ərzində yaralılar Bakıda Heydər Əliyev hava limanında qəbul edilərək Yeni Klinikaya gətiriləcək. Məlumata görə, yaralıları daşımaq üçün təcili tibbi yardım avtomobilləri və həkim briqadaları hava limanına göndərilib.