Nişan yeməyi 231 nəfəri ZƏHƏRLƏDİ
    • 15-07-2019, 17:17
    • 901

Nişan yeməyi 231 nəfəri ZƏHƏRLƏDİ

Türkiyənin Rizə bölgəsindəki kəndlərdən birində kütləvi zəhərlənmə baş verib. 

News24.az-ın “CNN Türk”- ə istinadla verdiyi xəbərə görə, zəhərlənməyə səbəb nişan mərasimində verilən yemək olub. Nişandan evə qayıdan kənd sakinləri gecə başgicəllənmə, ürək bulanma və mədə ağrısı ilə xəstəxanaya gətirilib. Səhərədək zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı 231 nəfərə çatıb. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
8 nəfəri isə ciddi həkim nəzarətindədir.