"Elit"in yanması ilə bağlı xəbərlər yalan çıxdı -FHN
    • 15-07-2019, 20:30
    • 898

"Elit"in yanması ilə bağlı xəbərlər yalan çıxdı -FHN

Məlum olduğu kimi, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Elit” Ticarət Mərkəzində yanğının baş verməsi ilə bağlı xəbər yayılıb.

FHN yanğınsöndürənlərinin hadisə yerinə cəlb olunduğu bildirilir.

FHN-dən mətbuata verilən məlumata görə, "Elit" Ticarət Mərkəzində yanğının olması ilə bağlı yayılan xəbər həqiqəti əks etdirmir.

"Saat 17:10 radələrində FHN-in müşahidə kameraları tərəfindən "Binə" Ticarət Mərkəzindən xeyli uzaqlıqda, dağın yamacında boş sahədə məişət tullantıların və işlənmiş avtomobil təkərlərinin yandığı müşahidə edilib. Saat 17:50 radələrində yanğın tərəfimizdən söndürülüb" - deyə, FHN-dən bildirilib.