Məktəbdə təmir işlərinə kömək edən müəllim yıxılaraq xəsarət alıb
    • 8-08-2018, 13:09
    • 942

Məktəbdə təmir işlərinə kömək edən müəllim yıxılaraq xəsarət alıb

Sumqayıt şəhərində məktəbdə təmir işlərinə kömək edən müəllim yıxılaraq xəsarət alıb.

Hadisə şəhərin 21 nömrəli tam orta məktəbində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1958-ci il təvəllüdlü Vaqif Həsən oğlu Əbdülrəhmanov çalışdığı məktəbdə təmir işlərinə kömək edərkən hündürlükdən yıxılaraq xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

// Report