Azər son dəfə alqışlarla yola salındı... - TƏSİRLİ GÖRÜNTÜLƏR

Azər son dəfə alqışlarla yola salındı... - TƏSİRLİ GÖRÜNTÜLƏR Sosial


Xəbər verdiyimiz kimi, aktyor Azər Baxşəliyev vəfat edib.

News24.az bildirir ki, mərhumun dəfnində yaxınları, sənət adamları toplaşıblar. O son dəfə alqışlarla son mənzilə yola salınıb.

Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu.