
-
- 5-01-2025, 16:59
- 475
Fuad Poladovun adı bu küçəyə verildi
Görkəmli teatr və kino aktyoru, mərhum xalq artisti Fuad Poladovun adı əbədiləşdirilib.
News24.az Modern.az-a istinadla xəbər verir ki, Fuad Poladovun adı Bakının Yasamal rayonundakı küçələrdən birinə verilib.
Hazırda Fuad Poladov küçəsi Yeni Yasamal qəsəbəsindəki 7-ci Alatava adlandırılan ərazidən keçir. Lakin sakinlər küçənin hazırkı vəziyyətinin heç də ürəkaçan olmadığını və abadlıq işlərinin aparılmasının vacibliyini bildiriblər.