Öldü 11 dəqiqə sonra dirildi - Gördüklərini danışdı
    • 6-01-2025, 15:44
    • 264

Öldü 11 dəqiqə sonra dirildi - Gördüklərini danışdı

11 dəqiqə ölü qaldıqdan sonra dirilən kanadalı feldşer təcrübəsini anladıb.

News24.az xəbər verir ki, Adam Tapp adlı gənc 2018-ci ildə 11 dəqiqə yarım necə ölü qaldığını və bu müddət ərzində hiss etdiklərini danışıb.

20 il feldşer işləyən Tapp dülgərlik layihəsi üzərində işləyərkən taxta oyma qurğusundan onun bədəninə elektrik cərəyanı yayılaraq ölümünə səbəb olub.

Elektrik cərəyanı anını təsvir edən Tapp, "Bu hiss demək olar ki, dözülməz idi. Bu, mütləq ağrı səviyyəsi idi, şiddətli, çox sıx, sanki bədənimdəki hər hüceyrə parçalanırdı" deyib. 

Taxta oyma maşını onu vurduqdan sonra dostu dərhal onu elektrik enerjisindən ayırıb və tibb bacısı olan həyat yoldaşı Stefaniyə zəng edib.

Yaşadığı sarsıntının dözülməz ağrısına baxmayaraq, Tapp öləndə özünü "bir nöqtədən baxırmış kimi" hiss etdiyini söyləyib.

Tapp yaşadığı təcrübədən sonra yenidən elektrik cərəyanına məruz qaldığını hiss etdiyini bildirib. Lakin bu dəfə digər tibb işçiləri onu reanimasiya etməyə çalışıblar.

Tibbi yardımların səyi nəticə verib və gənc yenidən həyata qayıdıb.

Gənc oğlan reanimasiya şöbəsində intubasiya edilib oyanmadan əvvəl xəstəxanada təxminən səkkiz saat komada qalıb.

Nə qədər xəstəxanada yatdığından xəbəri olmayan Tapp orada cəmi bir neçə saat qaldığını öyrəndikdən sonra təəccübləndiyini söyləyib.

Tapp deyib: "Əgər kimsə mənə bunun beş və ya on il olduğunu desəydi, mən buna da inanardım".

Günel Məlikzadə