-
- 8-08-2018, 13:49
- 1 318
Göyərtinin dəstəsini Milli Məclisin deputatına 1 manata satdılar
Nəsimi rayonunda yerləşən məşhur "Təzə bazar"da Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəyə göyərtinin dəstəsini bir manata satıblar.
Bu barədə deputat A.Əlizadə özü məlumat verib.
A.Əlizadə bildirib ki, avqustun 6-da "Təzə bazar"a gedərkən, ona göyərtinin dəstəsini baha satıblar:
"Göyərtinin dəstəsini mənə 1 manata verdilər. Hələ satıcı mənə deyir ki, sizi tanıyırıq, deputatsınız, sizə hörmət edib ucuz veririk. Mən də bazarı görüb Tarif Şurasının qərarına şükür etdim".
A.Əlizadə qeyd edib ki, paytaxtın "Yaşıl bazar" adlanan ticarət mərkəzində də göyərtinin qiyməti baha satılır:
"Dünən gedib "Yaşıl bazar"a da baş çəkdim. Gördüm ki, orada da göyərti bahadır. Üstəlik də "Yaşıl bazar" da göyərtini tək-tək baha qiymətə, 4 dənədən artıq alanda isə bir qədər ucuz verirlər. Çox gülməli vəziyyətdir. Məgər göyərti kostyum, köynəkdir ki, tək alanda baha, cüt alanda isə endirimlə olur?".
// Ölkə.az