Plastik butulkalardan su içənlərin nəzərinə: Ciddi sağlamlıq problemlərinə səbəb ola bilər
    • Dünən, 19:33
    • 190

Plastik butulkalardan su içənlərin nəzərinə: Ciddi sağlamlıq problemlərinə səbəb ola bilər

Kolumbiya Universitetinin alimləri aşkar ediblər ki, plastik butulkalardakı suyun tərkibində sağlamlığa zərər verə bilən plastik hissəciklər var.

News24.az demokrat.az-a istinadla xəbər verir ki, araşdırmada bir litr suda yüz minlərlə zərərli plastik hissəcikləri müəyyən edilib.

Bu rəqəm əvvəlki tədqiqatlardakı təxminlərdən 10-100 dəfə çoxdur. Bu hissəciklərin əksəriyyəti nanoplastiklərdir.

Nanoplastiklər o qədər kiçik ölçüdədirlər ki, qan hüceyrələrinə və beyinə asanlıqla nüfuz edə bilirlər.

Nanoplastika ilə yanaşı, şüşə istehsalında istifadə edilən ftalatların da ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi bildirilir.

Kolumbiya Universitetinin tədqiqatçıları bu cür plastiklərin xərçəng, doğuş qüsurları və sonsuzluq kimi sağlamlıq problemləri ilə əlaqəli olduğunu vurğulayırlar.

Ketçup, mayonez və idman içkiləri kimi məhsullar da risk altında olanlar arasındadır.