-
- Dünən, 20:58
- 498
Qızıl alanların DİQQƏTİNƏ: Bunlara fikir verin!
Azərbaycanda zərgərlik bazarında saxla qızıl satışı günü-gündən artır.
Mütəxəssislərin qeyd etdiyinə görə, bu sahədə keyfiyyətə nəzarətin olmaması keyfiyyətsiz məhsulların geniş yayılmasına səbəb olub. Bu gün gedib qızıl almaq istəyən insanlar aldadılmamaqları üçün qorxaraq ,addım atırlar.
Maraqlıdır, vətəndaşlar qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməlidir?
Məsələ ilə bağlı açıqlama verən zərgər Fariz Qasımov deyib ki, bəzi işbazlar alıcıların fikir verməməsi üçün qızılın üzərində əyyarı çox balaca yazır:
“Çox zaman alıcılar, qızıl məhsulunun üzərindəki kiçik yazılara diqqət yetirmir və satıcının söylədiklərinə inanaraq, alış edirlər. Əslində, qızıl alınarkən məhsulun üzərinə zərrəbinin köməyi ilə yaxından baxmaq vacibdir, amma çoxları bunu unudur. Satıcılar isə bu fürsətdən istifadə edərək, bəzən keyfiyyətsiz zərgərlik məhsullarını satırlar. Ən çox rast gəlinən hal isə odur ki, satıcıların bəziləri özləri də qızıldan yaxşı baş çıxarmırlar.
Buna görə də, yalnız satıcılara güvənmək doğru deyil. Alıcılar, qızıl alarkən daha diqqətli olmalı və ya bu sahədə təcrübəsi olan birini yanlarına aparmalıdırlar. Onun fikrincə, bazardan, lombardlardan və ya əl bazarından qızıl almaq risklidir, çünki belə yerlərdə saxta mallar asanlıqla baha qiymətə satıla bilər. Zərgərlərdən sifariş verərkən də ehtiyatlı olmaq lazımdır, çünki onlar qızıla qarışıqlar əlavə edib, ya da qızılın qramını azaldıb, ucuz qaşlardan istifadə edə bilərlər. Əgər əyar yoxdursa və ya düzgün vurulmayıbsa, bu, qızılın saxta olduğunu göstərir. Saxta qızılın üzərindəki rəqəmlər qeyri-düzgün yazıla bilər və əyarın vurulması da səliqəsiz ola bilər”.\\hit.az