Xəstəxanalarda kritik vəziyyət! Hər gün 5 min insan yoluxur
    • Bu gün, 00:43
    • 740

Xəstəxanalarda kritik vəziyyət! Hər gün 5 min insan yoluxur

Britaniyada xəstəxana işçiləri qrip xəstələrinin axını səbəbindən çıxılmaz vəziyyətə düşüblər.

News24.az Söz.az-a istinadla xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Ölkənin Milli Səhiyyə Xidməti hər gün beş min  nəfərin qripə yoluxduğunu açıqlayıb. 

Məlumata görə, səkkiz böyük xəstəxanada kritik vəziyyət elan edilib. Onlardan birində tibbi yardım gözləmək 50 saata qədər uzana bilər.