Bu gün 2018-ci ilin 8-ci ayının, 8-ci günüdür
    • 8-08-2018, 14:16
    • 762

Bu gün 2018-ci ilin 8-ci ayının, 8-ci günüdür

Bu gün rəqəmlərin sirri ilə maraqlananlar üçün xüsusi gündür. 2018-ci ilin 8-ci ayının, 8-ci gününü yaşayıırıq.

News24.az-ın əldə etdiyi məlumata görə, bu gün Türkiyənin paytaxtında kəbin kəsdirmək istəyənlərin sayı -hesabı bilinməyib. Belə ki, Ankara Şereflikoçhisar rayon Bələdiyyə Evləndirmə İdarəsində bu gün görünməmiş sıxlıq yaşayıb. Evləndirmə İdarəsi yarım saatlıq fasilələrlə dayanmadan kəbin kəsdirmək istəyən  cütlükləri qəbul edib.

8 rəqəmini özü üçün düşərli hesab edən bir çoxları ömürlərinə bu günü qızıl hərflərlə yazdırmağa qərar  veriblər.

Qeyd edək ki, Azərbaycanda bu günə elə də maraq göstərilməyib.Yəni evlənmək istəyənlərin sayında artım müşahidə olunmayıb.