İlan onu daşla yaralayan kişidən qisas aldı - ŞOK GÖRÜNTÜ
    • 17-07-2019, 19:03
    • 1 638

İlan onu daşla yaralayan kişidən qisas aldı - ŞOK GÖRÜNTÜ

Türkiyənin Diyarbəkir bölgəsində sakinlərdən biri yaralı ilanın qurbanı olub. 

News24.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ergani bölgəsinin sakini Kənan Giray bağçada tərəvəz toplayarkən qarşısına çıxan 2 metrlik ilanı daşla yaralayıb. İlanı ölmüş zənn edən Giray arxasına baxmadan ordan uzaqlaşıb.

Yaralı ilansa arxadan ona yetişərək heyifini çıxıb. Girayın bədənini bir neçə yerdən dişləyib. Əlləri və qolları ilan dişləməsindən qaralan şəxsi ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. Həkimlər onun durumunun ağır olduğunu bildirirlər.