Təbii qaz 5 %-ə yaxın bahalaşdı - Əmtəə bazarlarında...
    • Dünən, 20:55
    • 79

Təbii qaz 5 %-ə yaxın bahalaşdı - Əmtəə bazarlarında...

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 4.91% artaraq 3.6175 ABŞ dollarına bərabər olub.

News24.az teleqraf.com-a istinadla xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) sabit qalaraq 47.92 ABŞ dolları olub.

Xam neftin 1 barrelə görə qiyməti də bahalaşıb. Xam neftin dəyəri 0.59% artaraq 74.68 ABŞ dollarından ticarət edilib. Brent markalı neftin 1 barrelə görə qiyməti 0.41% artaraq 77.36 ABŞ dollarına bərabər olub. Kömürün qiyməti isə 1 ton üçün 1.21% azalaraq 118.30 ABŞ dollarına ticarət edilib.