Bakıda artan avtobus qəzaları -
    • Dünən, 17:01
    • 130

Bakıda artan avtobus qəzaları - "Sürücülərə bu qaydalar tətbiq edilməlidir"

Bu gün səhər saatlarında Bakıda 29 nömrəli marşrut xətti ilə işləyən sərnişin avtobusu qəza törədib.

Həsən bəy Zərdabi küçəsində baş verən qəzada avtobus hərəkətdə olarkən işıq dirəyinə çırpılıb. Aşan işıq dirəyi yaxınlıqdakı avtomobilə ziyan vurub. Ümumiyyətlə, Bakıda tez-tez sürücülərin avtobusları təhlükəli sürmələrini, avtobus qəzalarına şahid oluruq.

Bəs avtobus qəzalarının azalması üçün hansı addımlar atılmalıdır? 

Mövzu ilə bağlı News24.az-a açıqlama verən nəqliyyat mütəxəssisi İlham Dadaşovun sözlərinə görə, avtobus sürücüləri hər fəsil üçün sürüş imtahanları verməlidir.

"Bu qayda bir çox ölkələrdə tətbiq olunur. Mümkün deyil ki, hər bir avtobus sürücüsü bütün fəsillərdə və müxtəlif hava şəraitlərində mükəmməl sürsün. Ümumiyyətlə, avtobus sürücüləri har 3 aydan bir tibbi müayinədən keçməlidir. Göz müayinəsi ən birinci sırada olmalıdır", - deyə o əlavə edib. 

Mütəxəssis qeyd edib ki, avtobus qəzalarının müxtəlif səbəbləri ola bilər. 

"Təbii ki, ən çox qəza sürücü məsuliyyətsizliyi və avtobusun nasaz olması ilə bağlı olur. Qəzaların aradan qaldırılmasının ən uyğun variantı ildə bir neçə imtahanların olmasıdır. Kimlər üçünsə qəribə görünə bilər, ancaq gündə yüzlərlə sərnişin daşıyan sürücünün məsuliyyətini anlayıb bu qərarı vermək olar”, - deyə o bildirib.

Ağa Dadaşzadə