Vüsalın çıxış etdiyi komanda məğlub olub
İdman
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" komandası Türkiyə Kubokunda növbəti oyununu keçirib.
News24.az xəbər verir ki, "qırmızı-ağlar" C qrupundakı ilk matçında səfərdə Superliqa təmsilçisi "Eyüpspor"la üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Vüsal İsgəndərli görüşə ilk "11-lik"də başlayıb və sonadək meydanda olub.\\\\report