Emre Belözoğlu avtomobil qəzasına düşdü
    • 8-01-2025, 22:14
    • 128

Emre Belözoğlu avtomobil qəzasına düşdü


Türkiyə millisinin sabiq futbolçusu, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Emre Belözoğlu İstanbulda avtomobil qəzası keçirib.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Beykozda qəza keçirən idmançı xəstəxanaya yerləşdirilib və ayağında zədə aşkarlanıb.

Belözoğlunun müalicəsindən sonra evə buraxıldığı bildirilib.