-
- Bu gün, 09:00
- 142
ChatGPT-nin qurucusu bacısının başına oyun açıb?
Chatgpt qurucusu Sem Altmanın bacısı Ann Altman qardaşını 1997-2006-cı illər arasında ona müntəzəm olaraq cinsi t*cavüz etməkdə ittiham edərək məhkəməyə müraciət edib.
News24.az xəbər verir ki, yanvarın 6-da ABŞ-ın Missuri ştatında açılan iddiada təqiblər başladığı zaman Ann Altmanın 3, Sem Altmanın isə 12 yaşında olduğu iddia edilib.
Dünyanın ən çox istifadə edilən süni intellekt proqramlarından biri olan ChatGPT-nin arxasında duran OpenAI-nin bir nömrəli adı Altman, anası və iki qardaşı ilə birlikdə yayımladığı ortaq bəyanatda bu iddiaları rədd edib:
"Bütün bu iddialar tamamilə yalandır. Psixi sağlamlıq problemi olan ailə üzvünə qulluq etmək son dərəcə çətindir".
Bildirək ki, Sem Altman bacısını maddi cəhətdən dəstəklədiyini, hər ay onun kirayəsini və hesablarını ödədiyini, ev almağı təklif etdiyini, lakin bacısının "daha çox pul istəməyə davam etdiyini" də iddia edib.
BBC tərəfindən görülən məhkəmə qeydlərində Ann Altmanın qardaşını "onu manipulyasiya etməkdə, illərlə t*cavüz etməkdə və istəmədiyi şəkildə ona toxunmaqda" günahlandırdığı ifadə edilir. Qeydlərdə ən son t*cavüzün Sam Altmanın yetkin, Ann Altmanın isə hələ də azyaşlı olduğu zaman baş verdiyi də iddia edilib.
Sam Altman isə açıqlamasında "bacısını dəstəkləmək üçün çox çalışdıqlarını və bu vəziyyətin onlar üçün son dərəcə ağrılı olduğunu" deyib.
Qeyd edilib ki, Ann Altman "fiziki zədələr, ağır emosional sıxıntı və depressiya" keçirib. Eyni zamanda, aldığı xəsarətlərə görə edilməli olan fiziki və ruhi müalicələrin xərclərinin ağır olduğu deyilib.
Günel Məlikzadə