-
- Bu gün, 09:50
- 108
Ev pulunu verməyən kirayəçisini soydu
İstanbulda ev sahibi kirayə haqqını ala bilməyəndə kirayəçisinin evinin qıfıllarını dəyişərək evdəki qiymətli əşyaları satdığı iddia edilir.
News24.az xəbər verir ki, iddiaya görə, kirayəçi evinə gedəndə qapını açmaq istəsə də, aça bilməyib.
Kirayəçinin sözlərinə görə, evdə saxladığı 800 avro, 10 min lirə, 1 ədəd Rolex markalı saat, qızıl sikkələr və telefonu yoxa çıxıb.
Prokurorluğa gedən kirayəçi cinayət işi açıb və ev sahibinin kilidi dəyişərək içəri girib pul, qızıl və qiymətli əşyaları oğurladığını bildirib.
Şikayəti üzərinə prokurorluq hadisə ilə bağlı araşdırma başladıb.
Günel Məlikzadə