-
- Bu gün, 12:20
- 86
200 min avroya görə “Qarabağ”dan gedir - SON DƏQİQƏ
“Sevilya” "Qarabağ”ın hücumçusu Juninyonun transferində gözlənilməz situasiya ilə üzləşib.
Azərbaycanda ikinci mövsümünü keçirən braziliyalı İspaniya klubu ilə danışıqları dayandırıb.
Tanınmış insayder Fabritsio Romano sosial media hesabında bildirib:
“Klublar arasında şifahi razılığa və tibbi müayinənin planlaşdırılmasına baxmayaraq, Juninyonun "Sevilya"ya transferi ilə bağlı problemlər yaranıb.
“GonzaloTortosa”ya görə, müqavilə imzalanmaya bilər. “Flamenqo" futbolçuya daha yüksək maaş təklif edir”.
“Qarabağ” və “Sevilya”nın müqavilə şərtini pozduğu da iddia edilir.
İspaniyanın nüfuzlu “Marca” qəzetinin yazdığına görə, Juninyonun “Sevilya”ya transferi son anda baş tutmayıb.
Nəşr "Flamenqo" Juninyonu "Sevilya"dan oğurladı" başlıqlı xəbərində yazıb ki, Braziliya klubu futbolçuya ispanların təklif etdiyindən 3 dəfə artıq maaş verir. Bu səbəbdən 28 yaşlı hücumçu fikrini dəyişməli olub.
Bu, doğru bilgidir. Amma tam yox…
“Sambaçı“ vətəninə qayıdarsa, illik 900 min avro civarında əməkhaqqı alacaq.
Başqa sözlə, “Qarabağ“da qazaqdığından 200 min avro çox. Yəni ki, reallıqda "Flamenqo"nun 3 dəfə artıq maaş təklifindən söhbət getmir.
İspaniyanın başqa bir nəşri - “As” isə yazıb ki, Juninyo “Sevilya”ya keçməyə razılıq versə də, son anda fikrindən daşınıb. Buna görə də klubu çətin vəziyyətə qoyub.
Braziliya klubunun bu transfer üçün “Qarabağ”a 5 milyon avro təzminat ödəyəcəyi iddia edilir.
Qəzetin son qeydi gerçək faktdır. "Flamenqo" maksimum məbləğ olaraq 5 milyon ödəməyə hazırdır. Ağdam təmsilçisinə göndərdikləri rəsmi təklifdə başqa rəqəmdən bəhs olunmur.
Özü də Braziliyanın ən məşhur komandası həmin vəsaiti birdəfəlik verməyə hazırdır.
"Sevilya" ilə bağlı vəziyyət bir qədər fərqlidir. Əndəlüslülər "köhlən atlar"a maksimum 4 milyon təklif edib.
La Liqa təmsilçisi bu məbləği iki dəfə ödəyəcəyi barədə azərbaycanlı həmkarlarını məlumatlandırıb./sportinfo.az