-
- Dünən, 16:56
- 111
Mühafizəçi iş başında öldü
Müstəntiqlər dünən Samara vilayətində dəmir yolunda baş vermiş ölümlə nəticələnən hadisənin səbəblərini araşdırırlar.
News24.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, fövqəladə hadisə Tolkay-Podbelskaya dəmir yolu hissəsində Malı Kinel çayı üzərindəki körpüdə baş verib.
Zərərçəkmiş aldığı xəsarətlərdən yerindəcə keçinib. Onun ölümü ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin yol hərəkəti və dəmir yolu nəqliyyatının istismarı qaydalarını pozma maddəsi ilə nəzərdə tutulmuş cinayət əsasında istintaqa qədərki yoxlama aparılır.
Ağa Dadaşzadə