Mixail Saakaşvilinin partiyası ləğv edilir
    • Bu gün, 12:20
    • 79

Mixail Saakaşvilinin partiyası ləğv edilir

Gürcüstanda Mixail Saakaşvilinin partiyasının fəaliyyətini araşdırmaq üçün komissiya yaradılacaq. 

News24.az Vətəninfo.az-a istinadla xəbər verir ki, bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.

Xatırladaq ki, Saakaşvili 2002-ci ildə “Milli Hərəkat” partiyasına rəhbərlik edib.

Mdinaradze hazırda vətənində həbsdə olan sabiq prezidentin sistem xarakterli deyilən cinayətlərindən danışıb: məhbuslara işgəncə verilməsi, qətllər, zorakılıq, şəxsi həyata müdaxilə, korrupsiya və pul tələb edilməsi.

Birinci Gürcüstan kanalı xəbər verir ki, onun sözlərinə görə, bu barədə cəmiyyətə daim xatırlatmaq lazımdır.