-
- Bu gün, 17:54
- 116
Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən AÇIQLAMA
Azərbaycan vətəndaşı Ağamir Əzimovun Ukraynada əsir düşməsi faktı ilə bağlı araşdırmalara başlamışıq.
News24.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında XİN sözçüsü Ayxan Hacızadə Ukraynada əsir düşən Azərbaycan vətəndaşı Ağamir Əzimovla bağlı sorğumuza cavab olaraq deyib.
"Artıq aidiyyəti instansiyalara müraciət etmişik. Cavab aldığımız təqdirdə məlumat verəcəyik", - XİN rəsmisi əlavə edib.
Qeyd edək ki, A.Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb.