Azərbaycanlı oliqarxlar ölkəyə "unitaz"lı lüks maşınlar gətirdi - FOTOLAR
    • 8-08-2018, 15:53
    • 1 665

Azərbaycanlı oliqarxlar ölkəyə "unitaz"lı lüks maşınlar gətirdi - FOTOLAR

Azərbaycanlı oliqarxlar Avropa istehsalı olan bahalı avtomobilləri Türkiyədə daha lüks və konfortlaşdıraraq alıb, Bakıya gətirirlər.
News24.az xəbər verir ki, Türkiyənin bu işlə məşğul olan "Ertex Otomotiv” şirkətindən əldə olunan məlumata görə, avtombillər daha lüks və konfortlaşdırılaraq bazar qiymətindən 3 dəfə baha ölkəmizə satılır. Bu ilin 6 ayı ərzində azərbaycanlı oliqarxlar (siyasətçilər, diplomatlar, iş adamları, şou-biznes nümayəndələri) bu şirkətdən 10-dan artıq avtomobil alıb.

Hazırda bu ilin sonuna kimi də 10 yaxın avtomobil lüks və konfortlaşdırıldıqdan sonra Azərbaycana göndərilməsi sifarişi verilib.

Qeyd edək ki, şirkət lüks ve konfortlaşdırdığı ən ucuz avtomobilin dəyəri 100 min dollardır.

Şirkətə ən çox sifariş Azərbaycan, Dubay, Qətər və Səudiyyə Ərəbistanıdan olan ölkələrdən verilir. Ümumilikdə, bu ilin 6 ayı ərzində Azərbaycan daxil olmaqla sözügedən ölkələrə Avropa istehsalı olan 47 lüks və konfortlaşdırılmış avtomobil ixrac edilib. Ən çox lüks və konfortlaşdırılmış avtomobillər "Mercedes” markasındadır.

Şirkət "V Class”, "Sprinter”, "Maybach”, "Volkswagen Caravella”, "Crafter" və "Cadillac Escalade" modelindən olan avtomobillərin də daxili dizaynını dəyişir.

Şirkət müştərilərin istəklərinə uyğun olaraq avtomobillərin daxili dizayınını qurur. Belə ki, avtomobillərdə beli masaj edən, istilik, unitaz, havalandırma və ayaq istirahəti xüsusiyyətlərinə sahib kreslolar, yüksək keyfiyyətli səs sistemi, çay-qəhvə maşınları, soyuducu, polad kassa, kompüter, televizor, playstation kimi komponentlər ilə təchiz edir.