-
- 11-01-2025, 10:37
- 167
Ərdoğan Azərbaycana yeni səfir təyin etdi - Foto
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana yeni səfir təyin edib.
Trend xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ərdoğanın verdiyi fərmanla Birol Akgün Türkiyə Respublikasının Azərbaycandakı səfiri təyin olunub.
Qeyd edək ki, ötən ilin dekabrın 14-də Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb. Diplomatın fəaliyyət müddətinin başa çatması münasibətilə təşəkkürnamə təqdim olunub.