
-
- 13-01-2025, 15:00
- 469
Vilayət Eyvazov Tural Hacıyevi bu rayona rəis təyin etdi
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Kəpəz rayon 2-ci polis bölməsinə yeni rəis təyin olunub.
News24.az xəbər verir ki, polis polkovnik-leytenantı Tural Hacıyev bu quruma rəis gətirilib.
O, daha öncə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb./teleqraf.com