-
- 14-01-2025, 13:56
- 99
Nazir polkovnik-leytenantı işdən çıxardı - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
News24.az Qaynarinfo-ya istinadla bildirir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Anar Salahov Əzizağa oğlu sözügedən vəzifəsindən azad olunub.
Onun yerinə Qorçiyev Rüfət Elburus oğlu gətirilib.
Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.