Vahid Əhmədov əməliyyat olundu

Vahid Əhmədov əməliyyat olundu Sağlamlıq

Milli Məclisin sabiq deputatı Vahid Əhmədov səhhətində yaranan hansısa problemlə bağlı əməliyyat olunmadığını bildirib. Hazırda xaricdəyəm, səhhətim də normaldır.

News24.az bildirir ki, bunu Teleqraf.com-a iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov deyib.

“Heç bir əməliyyat keçirməmişəm. Hər şey normaldır”, - deyə əlavə edib.

Qeyd edək ki, 2 aprel 1947-ci ildə Qubada anadan olan Vahid Əhmədov 1992-1994-cü illərdə baş nazirin birinci müavini, Milli Məclisin III, IV, V və VI çağırış deputatı olub.