Təyyarə qəzasından son anda belə xilas oldu
    • 15-01-2025, 13:09
    • 172

Təyyarə qəzasından son anda belə xilas oldu

Braziliyanın San-Paulu şəhərində turist selfi çəkdirərkən ölümdən dönüb.

News24.az xəbər verir ki, turist çimərlikdə gəzərək foto çəkdirərkən bölgədəki hava limanına enməyə hazırlaşan təyyarə uçuş-enmə zolağından çıxıb.

Gənc oğlan şəkil çəkdiyi zaman təyyarənin yaxınlaşdığını görüb.

Alov topuna çevrilən təyyarədən 4 nəfər sağ-salamat çıxa bilib.

Gənc o anları belə izah edib: "Düz hava limanının uçuş-enmə zolağının qarşısında selfi çəkirdim. Sonra təyyarə mənə doğru gəlməyə başladı. Yalnız səsi eşitdim və telefonumun kamerası sayəsində onun uçuş-enmə zolağından çıxdığını gördüm.

Təyyarənin özündən cəmi 4 metr aralıda vızıldadığını bildirən turist, "Qaçmağa belə vaxtım yox idi, sadəcə döndüm və təyyarə artıq hasara dəymişdi".

O, partlayış nəticəsində qolundan və kürəyindən yanıq xəsarətləri aldığını da bildirib.


Günel Məlikzadə