-
- 19-07-2019, 15:30
- 862
"Təhsil Krediti haqqında Qanun" qəbul ediləcək - EKSKLÜZİV
"Azərbaycanda universitetlərarası Təhsil Fondu yaradılır".
Bunu News24.az-a açıqlamasında millət vəkili, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri Şəmsəddin Hacıyev deyib. Ali məktəblərdə qiymətlərin yüksək olması və valideynlərin ödəyə bilməməsi məsələsinə münasibət bildirən millət vəkilinin sözlərinə görə, təhsil siyasəti dövlətin nəzarətindədir: "Azərbaycanda çox mühüm islahatlar həyata keçirilir. Qanunvericilik bazası çox yüksək səviyyədədir. Təhsilin bütün səviyyəsində qanunvericilik bazasını yaratmışıq. Yaxın gələcəkdə təhsil məcəlləsi qəbul olunacaq. Və burda bütün məsələlər həllini tapacaq. Təbii ki, Azərbaycanda həyat səviyyəsi də yüksəlir. Artıq 90-cı illər deyil. Hazırda Universitetlərarası Təhsil Fondu yaradılır. Biz yaxın gələcəkdə təhsil haqqında qəbul etdiyimiz qanunların sırasında "Təhsil Krediti haqqında Qanun" qəbul edəcəyik. Orda tələbələr üçün bütün şərait yaradılacaq. Ümumiyyətlə, gələcəyə nikbin baxmaq lazımdır. Bü gün Azərbaycan bütün dünyaya nümunədir".
Afaq Mirayiq