Hacıqabulda maşın piyadanı vurub öldürdü

Hacıqabulda maşın piyadanı vurub öldürdü Hadisə


Bakı-Qazax magistralının Hacıqabul rayonu Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, “Mercedes” markalı yük avtomobili yolu keçən Atbulaq qəsəbə sakini 1972-ci il təvəllüdlü Cəbrayılov Asəf Musaxan oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.