İmişlidə qəzadan sonra xuliqanlıq edənlər saxlanıldı
    • 18-01-2025, 18:16
    • 293

İmişlidə qəzadan sonra xuliqanlıq edənlər saxlanıldı


İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar. 

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.