Köməksiz vəziyyətdə qalan uşaq xilas edildi
    • 19-01-2025, 00:15
    • 376

Köməksiz vəziyyətdə qalan uşaq xilas edildi


Şirvan şəhərində 1 nəfər (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.