İmişlidə HADİSƏ: Ölən var
    • 19-01-2025, 17:41
    • 2 350

İmişlidə HADİSƏ: Ölən var


İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə İmişli-Biləsuvar avtomobil yolunun rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.