![Kennedinin ölümü ilə bağlı gizli sənədlər açıqlanacaq](/uploads/posts/2025-01/con-kennedi.webp)
-
- 20-01-2025, 11:54
- 186
Kennedinin ölümü ilə bağlı gizli sənədlər açıqlanacaq
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bir çox məxfi sənədləri, xüsusən də ştatların 35-ci lideri Con Kennedinin öldürülməsi ilə bağlı sənədləri açıqlayacağına söz verib.
News24.az xəbər verir ki, yanvarın 20-də paytaxt Vaşinqtonda “Capital One” Arenada keçiriləcək andiçmə mərasiminə toplaşan minlərlə tərəfdarı ilə görüşüb.
Yeni seçilmiş prezident ABŞ-ın keçmiş prezidenti Con Kennedi və Martin Lüter Kinqin qətli ilə bağlı sənədləri vəzifəyə gəldikdən sonra açıqlayacağını bildirib.
“Biz həmçinin ictimai maraq doğuran digər məsələlərlə bağlı sənədləri də dərc edəcəyik”, - deyə Tramp əlavə edib.
Tramp daha əvvəl deyib ki, ictimaiyyətə bu məsələlərdə tam şəffaf məlumat verilməlidir.
Aynurə