
-
- 20-01-2025, 22:53
- 495
Tanınmış şərhçi canlı yayımda infarkt keçirdi
“TRT Spor”un tanınmış futbol şərhçisi Ərdoğan Arıkan canlı yayımda infarkt keçirib.
News24.az Axar.az-a istinadən xəbər verir ki, təəssüfləndirici olay “Keçiörengücü-Sakaryaspor” matçının şərhi zamanı baş verib.
Məlumata görə, Arıkan təcili olaraq Gülhanə Hərbi Tibbi Akademiyası Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyəti hazırda ağır olaraq qalır.