-
- 20-07-2019, 20:24
- 1 183
Naxçıvanda turist olsaq hansı məkanlara üz tutaq?
Azərbaycanın ən qədim yurd yerlərindən biri, minilliklərin izini yaşadan, bəşər sivilizasiyasının ilkin məskənlərindən sayılan Naxçıvan böyük turizm potensialına malik regiondur. News24.az xəbər verir ki, burada qədim dövrlərin yadigarı olan təbiət və tarixi abidələr - Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Xanəgah abidə kompleksi, Qurani-Kərimdə bəhs edilən Əshabi-Kəhf ziyarətgahı, Kültəpə abidələri, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar, bu günümüzədək gəlib çıxmış sənətkarlıq nümunələri, əsrlərdən bəri qorunub saxlanılan, yaşı 800 ildən artıq olan Şərq çinarı, nalbənd, tut ağacları və tarixi yaddaşı özündə əks etdirən qədim insanların ilk məskunlaşdığı yaşayış yeri - Gəmiqaya, Kilit mağarası bu diyarın əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincə qalası, möhtəşəmliyi ilə seçilən İlandağ, misilsiz təbiət abidələri olan Babək qalası, Göy göl, həmçinin 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu Naxçıvan torpağının analoqu olmayan turizm potensialıdır.
Dünya təcrübəsində geniş populyarlıq qazanmış ekoturizm, mədəni-tanışlıq turizmi, sağlamlıq turizmi, dini turizm, kənd-yaşıl turizmi kimi sahələrdə turizmin inkişafına ümidlə baxılır. Tarixi İpək Yolu üzərində yerləşməsi, Türkiyə və İran kimi dost, həm də güclü əhali ehtiyatlarıına malik ölkələrlə həmsərhəd olması bu bölgəyə gələcəkdə turist axınının perspektivindən xəbər verir.
Naxçıvanın digər mühüm xüsusiyyətlərindən biri isə bu bölgənin zəngin tarixi keçmişə malik olmasıdır. Naxçıvan torpağı XII yüzilliyin böyük memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin vətənidir. Məşhur alim, dövlət xadimi, yazıçı, filoloq, farsca-türkcə ilk lüğətin müəllifi Hinduşah bin Səncər bin Abdulla Naxçıvani (XIII-XIV yüzillər) burada doğulmuşdur. Onun oğlu, vergilərin qoyuluşu haqqında kitab yazmış Məhəmməd Naxçıvani (XIII-XIV yüzillər) maliyyə sahəsində zəmanəsinin tanınmış dövlət xadimi idi. Naxçıvan eləcə də Kalbalı xan Naxçıvanski, onun oğlu, general Hüseyn xan Naxçıvanski, görkəmli hərb xadimi Cəmşid Naxçıvanski, Azərbaycan ədəbiyyatının klassik yazıçılarından olan Cəlil Məmmədquluzadə, romantik şair və dramaturq, Stalin repressiyasının qurbanı olmuş Hüseyn Cavid, istedadlı rəssam Bəhruz Kəngərli kimi tanınmış simaların vətənidir.
Bir sözlə, Naxçıvanın özü bir tarixi muzeydir. 5000 ilə yaxın yaşı olduğu göstərilən bu şəhərdəki görkəmli tarixi abidələr mədəni-tanışlıq turizminin inkişafı üçün olduqca əlverişli imkanlar açır.
Son illərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, şəhər və rayonlarda milli və müasir memarlığın nailiyyətlərini özündə cəmləşdirən istirahət parkları və bulaq-abidə kompleksləri istifadəyə verilmiş, müasir tələblərə cavab verən mehmanxanalar tikilmiş, yeni abidələr ucaldılmış, tarixi yaddaşı əks etdirən qədim memarlıq abidələri bərpa edilərək əvvəlki görkəmlərinə qaytarılıb. Həmçinin, dünyada analoqu olmayan Duzdağ Fizioterapiya Xəstəxanası və Darıdağ arsenli su müalicəxanası müayinə, müalicə və istirahət üçün hər cür imkanlara malikdir.
Muxtar respublikada 1165 daşınmaz tarix-mədəniyyət abidəsi mövcuddur. Onun 56-sı dünya əhəmiyyətlidir. Ümumilikdə muxtar respublikada 1 milli park, 2 təbiət yasaqlığı, 1 tarix-memarlıq qoruğu, 1 tarixi bədii qoruq, 1 ziyarətgah kompleksi, 2 tarix-mədəniyyət qoruğu, 3 teatr, 22 muzey, 2 filarmoniya, 7 lisenziya almış mehmanxana vardır. Bu mehmanxanalardan biri - “Təbriz” beşulduzlu mehmanxana sertifikatı alıb.