
-
- 22-01-2025, 10:57
- 279
Küçədə mübahisə etdiyi şəxsi güllələyib qaçdı
Ötən gecə Ankarada bir kişi küçənin ortasında odlu silahdan atəş açaraq mübahisə etdiyi şəxsin ayağını yaralayıb. Bundan sonra o, avtomobilinə minərək hadisə yerindən qaçıb.
News24.az xəbər verir ki, mübahisə bu iki şəxsin aralarındakı həll edə bilmədikləri problemə görə baş verib.
Hadisədən sonra yaralı şəxs xətəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ağa Dadaşzadə