Sanatoriyada dəhşət: - İnsanlar təxliyə edilir

Sanatoriyada dəhşət: - İnsanlar təxliyə edilir Hadisə

Tatarıstan Respublikasının Naberejnıye Çelnı şəhərindəki “Jemçujina” sanatoriyasının binalarından birində baş verən yanğın zamanı 64 nəfər təxliyə edilib. 

News24.az Söz.az-a istinadla xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb. 

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğın 2-ci binanın 3-cü mərtəbəsində yanğın baş verib.

Yanğının söndürülməsinə 38 yanğınsöndürən və 12 texnika cəlb olunub.