Ulduz klubunu iflasdan xilas etdi
    • 24-01-2025, 17:48
    • 115

Ulduz klubunu iflasdan xilas etdi

Əfsanəvi italyan futbolçu Daniele De Rossi D Seriyasında çıxış edən Ostiamare klubunun şərikli sahibi olub.

News24.az xəbər verir ki, De Rossi "Ostiamare"ni iflasdan xilas edib. O, klub stadionu ilə bağlı problemi də həll edəcəyinə söz verib.

Qeyd edək ki, "Ostiamare" De Rossinin doğma klubudur. Məhz bu komandada karyerasına başlayıb, bundan sonra 18 il “Roma”da keçirib. O, "Qurdlar"ın heyətində 600-dən çox oyun keçirib və bir neçə kubok qazanıb.

Ağa Dadaşzadə