
-
- 24-01-2025, 23:30
- 1 388
Partiya sədri indi çörək satır - ÖZƏL VİDEO
Bugünkü qəhrəmanımız artıq 15-20 gündür çörəkçilik peşəsi ilə məşğul olan yazıçı, tərcüməçi, keçmiş partiya sədri Nadir Qocabəylidir.
News24.az xəbər verir ki, RTV-nin əməkdaşı Nadir Qocabəylinin evində olub, onunla söhbət edib.
N.Qocabəyli qeyd edib ki, son illər yazıçılığı, tərcüməçiliyi, ictimai fəaliyyəti ona gəlir gətirməməyə başladı.
“Bir ildən artıqdır ki, heç bir yerdə işləmirəm. Ən pisi də odur ki, heç bir yerdən sifariş də almıram. Onun üçün də çox düşünüb-daşındıqdan sonra qərara gəldim ki, həyətimdə bir kürə tikib, çörək bişirim”, - deyə o əlavə edib.
O bişirdiyi çörəkləri qonşulara satıb, gəlir əldə etmək üçün çörək bişirməyə başlayıb.
Ətraflı videonu təqdim edirik.
Vüqar Cəfərov