Rəis iş otağında ölü tapıldı
    • 22-07-2019, 19:57
    • 828

Rəis iş otağında ölü tapıldı

“Azərpoçt” MMC-nin Salyan filialının rəisi iş otağında ölü tapılıb.

News24.az xəbər verir ki, hadisə bu gün saat 16 radələrində qeydə alınıb.

Filialın rəisi 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlunun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.