Bakıda toyda  faciə – Rəqs edərkən öldü
    • 9-08-2018, 10:40
    • 980

Bakıda toyda faciə – Rəqs edərkən öldü

Paytaxtın Xəzər rayonunda yerləşən şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

 63 yaşlı Hüseynov Əlimirzə Əzizağa oğlu Bilgəh qəsəbəsində keçirilən toy mərasimində rəqs edən zaman halı pisləşərək yerə yıxılıb.

Toya qonaq qismində dəvət olunan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda keçinib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

// Report